şəkər
şəkil
OBASTAN VİKİ
Şəkər
Şəkər — bir çoxu qida olaraq istifadə olunan, şirin dad verən, kimyəvi olaraq qısa zəncirli, suda həll olunan bir sıra karbohidrata verilən ümumi addır. Müasir dövrdə ən çox yayılmış qida məhsuludur[mənbə göstərin]. Şəkər əksər bitkinin toxumalarında mövcud olsa da sənaye istehsalı üçün kifayət qədər yüksək konsentrasiya əsas şəkər qamışı və şəkər çuğundurunda var. Dünya üzrə 94–97 milyon ton şəkər istehsalının (xam şəkər hesablandıqda) 56–60 milyon ton şəkər qamışının, 36–38 milyon tonu şəkər çuğundurunun payına düşür. Dünyada 1500 şəkər qamışı emal edən və təxminən 1000 şəkər çuğunduru emal edən (onlardan 800-dən çoxu Avropada yerləşir) zavod mövcuddur. == Tarixi == Qədim Yunanıstanın və Romanın əhalisi şəkəri (saxarozanı) tanımırdı. O zamanlar şirin qida məhsulu kimi baldan istifadə olunurdu. Şəkər qamışından şəkər istehsalının vətəni Hindistan sayılır. "Şəkər" sözünün özü də "sarkara" sözündən götürülmüşdür. Orta əsrlərdə və yeni dövrün əvvəllərində şəkər qamışı bitkisi Hindistandan Araviyaya, Suriyaya, Misirə və Kipr adasına köçürüldü.
Atmosfer tozu
Atmosfer tozu- xırda hissəciklər şəklində havada asılı halında olan bərk maddələrdir. Havaya torpaq səthindən, vulkan püskürmələrindən, kosmik fəzadan və s.-dən düşür. == Ümumi məlumat == Yer səthində tozun konsentrasiyası sənaye mərkəzlərində xüsusilə çoxdur. Atmosfer tozu atmosferin şəffaflığını və uzaq görünüşü azaldır. Son onilliklərdə sənaye tozlarının konsentrasiyasının yalnız şəhərlərdə, sənaye mərkəzlərində deyil, onlardan daha uzaq rayonlarda da artması müşahidə olunur. Bütün dünyada şəhərlərdə hər il atmosferə 1 milyard ton antropogen mənşəli bərk hissəciklər atılır. Ona görə də şəhərin hava hövzəsinin tozluluq dərəcəsi kənd yerlərinə nisbətən 2-3 dəfə çox olur. Sənaye mənşəli toz hissəciklərinin payına orta hesabla 15% düşür və çoxlu miqdarda mürəkkəb kimyəvi tərkibli hissəciklər olur. Atmosferin tozluluğunun artmasına xam və dincə qoyulmuş torpaqların şum sahələrinin çoxalması və s. böyük təsir göstərir.
Kakao tozu
Kakao – toxumundan şokolad yağı alınan tropik ağacın yerdə qalan jmıxının üyüdülməsindən alınan tozşəkilli un. Kakao içkisini kakao tozundan hazırlayırlar. Kakao paxlasından yağ aldıqdan sonra (bu yağ şokolad və şokolad məmulatı istehsalında istifadə olunur) yerdə qalan jmıx üyüdülür və kakao tozu əldə edilir. Çay və qəhvəni tərkibində alkoloid kofein vardır. Kakaoda isə teobromin maddəsi vardır ki, bu da ürək – damar və əsəb sisteminə oynadıcı təsir göstərir. Süd, qaymaq və başqa xammalların qatılması içkinin qidalılıq dəyərini artırır. Kakao tozundan adi kakao, südlü kakao, qatılaşdırılmış südlə kakao və digər içkilər hazırlanır.
Qabartma tozu
Qabartma tozu — quru kimyəvi mayeləşdirici, karbonat və ya bikarbonat və zəif turşunun qarışığıdır. Qabartma tozu çörək, tort və ayrı yeməklərdə həcm və əzəmət vermək üçün əsasən istifadə olunur.
Çiçək tozu
Çiçək tozu – cücülərlə tozlanan bitkilərin erkək elementinin arı fermentləri ilə zənginləşdirilməsi ilə yaranan arıçılıq məhsuludur == Çiçək tozunun tərkibi == proteinlər(zülallar) – 11 – 35% karbohidratlar (qlükoza, fruktoza,saxaroza) – 20 – 39% lipidlər (yağlar və yağabənzər maddələr) – 1 – 20% makroelementlər (K, Ca, P, Fe, Mg) mikroelementlər (Mn, Cr, Zn, I və sair). vitaminlər: karotinoidlər (provitamin А), С, Д, Е, В qrupu, Р, РР, К) bütün əvəzedilməz amin turşuları fitoharmonlar, flavonoidlər, su – 3 – 4%[mənbə göstərin] == Ədəbiyyat == Пчелиная обножка, Журнал "Ратель медоед" — спец. выпуск — Пермь’08 — стр. 3–7 (Rus dilində) Şaqidanova F.A. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2004, səh 147–169 (Rus dilində) Sinyakov A. F. Bolşoy medovıy leçebnik, izdatelstvo EKSMO.Moskva 2009 səh 127–157(Rus dilində)Sinyakov A. F. PÇELİNAYA APTEKA, izdatelstvo FİZKULTURA İ SPORT Moskva 1999, səh 63–88 (Rus dilində) == Həmçinin bax == Arı Bal Arı südü Vərəmum == Xarici keçidlər == Пыльца в Научно-техническом энциклопедическом словаре Проверено 24 января 2009 г. База данных по морфологии пыльцы. Ботанический институт им.
Qəhvəyi şəkər
Qəhvəyi şəkər,patoka (melassa) olması səbəbiylə fərqli qəhvəyi rəng ilə saxaroza şəkəri məhsuludur.Qəhvəyi şəkər saflaşdırılmamış və ya qismən saflaşdırılmış yumşaq şəkər ki şəkər kristalları və qalıq melassa məzmunundan ibarətdir və ya saflaşdırılmış ağ şəkərə melassa əlavə olunması ilə istehsal olunur. == Xarici keçidlər == New Scientist. I'm Sweet Enough 21 January 2006.
Şəkər (Göyçay)
Şəkər — Azərbaycan Respublikasının Göyçay rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == == Toponimikası == Şəkər. oyk. Göyçay rayonunun Mırtı inzibati ərazi vahidində kənd. Şirvan düzündədir. Keçmiş adı Şəkərarxı olmuşdur. Kənd Göyçay çayından çəkilmiş Şəkərarxın sahilində yerləşdiyinə görə belə adlandırılmışdır. Yaşayış məntəqəsi bu arxı çəkdirən Şəkərbəyin adı ilə Şəkərbəy də adlanır. Xocavənd rayonunun Qırmızı Bazar inzibati ərazi vahidində kənd. Qarabağ silsiləsinin ətəyindədir.
Şəkər (Xocavənd)
Şexer — Azərbaycan Respublikasının Xocavənd rayonunun Qırmızı Bazar qəsəbə inzibati ərazi dairəsində kənd. 2 oktyabr 1992-ci ildən 9 noyabr 2020-ci ilə kimi Ermənistan Silahlı Qüvvələrinin işğalı altında olmuşdur. Şexer kəndi 9 noyabr 2020-ci il tarixində Azərbaycan Silahlı Qüvvələri tərəfindən işğaldan azad edilmişdir. == Toponimikası == Kənd Şəkər adlı şəxs tərəfindən salındığı üçün belə adlandırılmışdır. == Tarixi == === Tarixi abidələri === Kənddə daşınmaz tarix və mədəniyyət abidəsi qeydə alınmamışdır. == Coğrafiyası və iqlimi == Kənd Qarabağ silsiləsinin ətəyində yerləşir. == Əhalisi == == İqtisadiyyatı == == Mədəniyyəti == Kənddə mədəniyyət müəssisəsi mövcud deyil. == Təhsil == Kənddə təhsil müəssisəsi mövcud deyil. == Din == Kənddə dini ibadət yeri və ya dini icma qeydə alınmamışdır. == Səhiyyə == Kənddə səhiyyə müəssisəsi mövcud deyil.
Şəkər (dəqiqləşdirmə)
Şəkər — qida məhsulu. Şəkər (Xocavənd) — Azərbaycanın Xocavənd rayonunda kənd. Şəkər (Göyçay) — Azərbaycanın Göyçay rayonunda kənd.
Şəkər Aslan
Şəkər Aslan (10 oktyabr 1937, Lənkəran – 12 iyun 1995, Lənkəran) — şair, dramaturq, jurnalist. 1968-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü, Azərbaycan Jurnalistlər Birliyinin "Qızıl Qələm" mükafatının laureatı (1978). == Həyatı == Şəkər Aslan 1937-ci il oktyabr ayının 10-da Lənkəran rayonunun Boladi kəndində anadan olmuşdur. 1969-cu ildə Moskvada Maksim Qorki adına Ədəbiyyat İnstitutunun poeziya fakültəsini bitirmişdir. Əmək fəaliyyətinə Lənkəran mədəniyyət evində başlamışdır. 1964–1968-ci illərdə "Leninçi", Lənkəran rayon qəzetində, ədəbi işçi, 1968–1970-ci illərdə Azərbaycan KP Lənkəran komitəsində təlimatçı, 1970–1992-ci illərdə "Leninçi" (sonralar "Lənkəran") qəzetinin baş redaktoru vəzifələrində çalışmışdır. 1992-ci ildə "Söz" ədəbi-bədii jurnalını təsis etmişdir. 1994–1995-ci illərdə Azərbaycan Yazıçılar Birliyinin Lənkəran şöbəsinin sədri olmuşdur. Azərbaycan Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanına (1981) və "Şərəf nişanı" ordeninə layiq görülmüşdür. 1995-ci il iyunun 12-də vəfat etmişdir.
Şəkər Məmmədova
Məmmədova Şəkər İdayət qızı (10 yanvar 1964, Saral, Hamamlı rayonu) — Coğrafiya elmləri namizədi, dosent, Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı == Həyatı == 1964-cü il 10 yanvar Ermənistan Respublikası Hamamlı rayonunun Saral kəndində anadan olub. 1972–1982-ci illərdə orta məktəbdə oxuyub. 1985–1990-cı illərdə Bakı Dövlət Universitetinin Geoloji-Coğrafiya fakültəsində təhsil alıb. 1996-cı ildən BDU-da çalışır. 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim və dosent vəzifəsində işləyir. 2000-ci ildən Coğrafiya fakültəsinin magistratura üzrə dekan müavini. 2017-ci ildən Bakı Dövlət Universitetinin Coğrafiya fakültəsinin dekanı vəzifəsinə təyin edilib. == Elmi fəaliyyəti == 1990-cı ildən Azərbaycan Dövlət Hidrometeorologiya komitəsində aparıcı mühəndis, 1996-cı ildən Coğrafi ekologiya kafedrasında müəllim, baş müəllim, dosent vəzifələrində çalışır. Biocoğrafiya, Ekologiya və ətraf mühiti mühafizə, Şəhərlərin ekologiyası, Ətraf mühitə nəzarət sistemi, Suların və Xəzərin ekologiyası fənlərini tədris edir. 1998-ci ildə coğrafiya elmləri namizəfi, 2003-cü ildə dosent elmi dərəcəsi alıb.
Şəkər bələdiyyəsi
Göyçay bələdiyyələri — Göyçay rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. == Tarixi == Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. == Siyahı == == Mənbə == "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Şəkər pendir
Şəkər-pendir - şəkər tozu, patka və vanilindən hazırlanan, Azərbaycanda geniş istifadə olunan şirniyyat. == Hazırlanma qaydası == Bİr porsiya üçün 830 qram şəkər tozu, 250 q patka, 0,25 q vanilin istifadə olunur. Bir qazana şəkər tozu və su tökülüb 8-10 dəqiqə ərzində 105-110 °C temperaturda qaynadılır. Patka əlavə edib orta karamel nümunəsinə (nəmliyi 3-3,5% qalanadək) gəlincə bişirilir. Hazır karamel kütləsi mərmər masanın üzərinə (yağlanmış tavaya da tökmək olar) tökülüb 70-80 °C temperatura qədər soyudulur, vanil əlavə edilir. Karamel kütləsi övkələnir və tamamilə ağarınca əldə dartılır. Sonrakı əməliyyat şəkər kirşanı səpilmiş taxta massa üzərində aparılır. Burada karamel kütləsi baton şəklində yayılır və batonun ucu qayçı vasitəsilə əyri yastıq formasında tikəciklərə doğranılır.
Şəkər portağalı
Şirin portağal ağacım və ya Şəkər portağalı (Portuqalca orijinal adı: Meu Pé de Laranja Lima) — Braziliyalı yazıçı Joze Mauru di Vaskonselosun 1968-ci ildə yazdığı dram və uşaq romanıdır. Roman Braziliyanın Minas-Jerays bölgəsində yaşayan yoxsul bir ailənin beş yaşlı oğlu olan Zezenin yaşadıqlarından bəhs edir. Orijinal dili portuqalca olan əsər 16 dilə tərcümə olunub. Müəllif öz uşaqlığının izlərini daşıyan bu kitabı düz 12 günə yazdığını demişdir. Roman 2012-ci ildə braziliyalı rejissor Markos Bernşteyn tərəfindən kinoya uyğunlaşdırılıb. == Azərbaycan dilinə tərcüməsi == Əsərin Azərbaycan dilində tərcüməsi ilk dəfə 2018-ci ildə "Parlaq İmzalar" tərəfindən portuqalca əslindən birbaşa tərcümə edilərək nəşr edilmişdir. 2021-ci ildə "Qanun" nəşriyyatı əsəri türk dilindən Azərbaycan dilinə tərcümə etdirərək nəşr etmişdir.
Şəkər qamışı
Dərman şəkərqamışı (lat. Saccharum officinarum) - şəkərqamışı cinsinə aid bitki növü. == Sinonim == Arundo saccharifera Garsault Saccharifera officinalis Stokes [Illegitimate] Saccharum atrorubens Cuzent & Pancher ex Drake Saccharum fragile Cuzent & Pancher ex Drake Saccharum glabrum Cuzent & Pancher ex Drake Saccharum hybridum R.M.Grey [Invalid] Saccharum infirmum Steud. [Invalid] Saccharum luzonicum Cuzent & Pancher ex Drake Saccharum monandrum Rottb. Saccharum obscurum Cuzent & Pancher ex Drake Saccharum occidentale Sw. Saccharum officinale Salisb. [Spelling variant] Saccharum officinarum var. atrorubens Cuzent & Pancher ex Drake Saccharum officinarum var. brevipedicellatum Hack. Saccharum officinarum var.
Şəkər xəstəliyi
Diabetes mellitus (DM), Diabet (yun. διαβήτης "süzənək" və lat. mellitus "bal kimi şirin") və ya Şəkər xəstəliyi, Şəkərli diabet – şəkərin qanda xroniki artımıdır. Diabetlə əlaqəli ağırlaşmaların hamısının səbəbi qlükozanın qanda yüksək olmasıdır. Pasient qanda şəkərin miqdarını idarə edə bilərsə, şəkərli diabet xəstəlik yox, həyat tərzinə çevriləcəkdir ki, bununla da ağırlaşmaların qarşısını almaq olar. Bu həyat tərzi isə diabetin tipindən asılı olur. Şəkərli diabetin hal hazırda 2 tipi vardır. Diabet tip 1 pasientləri üçün gündəlik insulin inyeksiyaları mütləqdir, bəzi pasientlərdə avtomatik insulin pompaları implantasiya oluna bilər. Diabet tip 2 pasientlərinə isə həb şəklində dərmanlar (yaxud insulin, əgər həb şəkilli preparatlar qanda qlükozanı norma çərçivəsində saxlamağa qadir deyilsə)mütləqdir. Hazırda dünyada 371 milyondan çox insan bu xəstəlikdən əziyyət çəkir.
Şəkər çuğunduru
Şəkər çuğunduru (lat. Beta vulgaris) – Tərəçiçəkkimilər fəsiləsindən bitki yarımnövü. Şəkərli bitki olan şəkər çuğundurunun vətəni Aralıq dənizi ölkələri (Yunanıstan) olmaqla sonradan toxumlarını Qafqaza da gətirmişlər. 1747-ci ildə bu bitkidə insan orqanizmi üçün faydalı olan saxaroza maddəsi tapılmışdır. Çuğundurun tərkibində 6-25 % şəkər olmaqla, kökümsov bitkinin yarpaqlarından heyvandarlıqda, kökündən isə şəkər sənayesində istifadə edirlər. Naxçıvan MR-da Şərur, Babək, və Kəngərli rayonlarındakı suvarılan torpaqlarda şəkər çuğunduru plantasiyaları əkilib becərilir. Hələlik Naxçıvanda emal zavodları olmadığından yığılmış məhsullar qonşu İran və Türkiyə dövlətlərinə göndərilir. Xalq təbabətində çuğundurun közdə bişirilmiş formasından daxili xəstəliklərin və tənəffüs yolları iltihabına qarşı istifadə olunur. Xalçaçılıq məmulatlarının boyadılmasında çuğundurun qırmızı aşxana növündən təbii boyaq kimi istifadə olunur == Bioloji xüsusiyyətləri == Müаsir şəkər çuğunduru sоrtlаrının kökümеyvələri kоnusvаri, uzunsоv – kоnusvаri fоrmаdа, lət hissəsi və qаbığı аğ rəngdədir. Аdətən kökümеyvələri bütövlükdə tоrpаğа bаtır.
Muzaffər Şəkər
Muzaffər Şəkər (1961, İzmir) — türk akademik. Türkiyə Elmlər Akademiyasının prezidenti. == Həyatı == 1961-ci ildə İzmirdə anadan olub. Konyada qeydiyyatda olan Muzaffər Şəkər 1986-cı ildə Bursa Uludağ Universitetində baytarlıq fakültəsini bitirib.1995-ci ildə İngiltərənin Leicester Tibb Universitetində İnsan Anatomiyası üzrə fəlsəfə doktoru dərəcəsini almışdır. === Ailəsi === Ailəlidir, üç övladı var. == Fəaliyyəti == Səlcuq Universiteti Məram Tibb Fakültəsinin Anatomiya kafedrasının müdiri idi. Eksperimental Təbabət Tədqiqat və Tətbiq Mərkəzinin direktor müavini vəzifəsində çalışıb. 2000-ci il Səlcuq Universitetində dosent oldu. Həmin universitetdə 2006-cı ildə professor elmi adını almışdır. Türkiyə Anatomiya və Klinik Anatomiya Dərnəyinin İdarə Heyətinin sədri vəzifəsində çalışıb.
Şəkər əsası dağları
Şəkər əsası dağları (ing. Candy Cane Mountains) — Xızı və Siyəzən rayonlarında şist dağlar. Dağlar adı ilk dəfə Britaniya səyahət yazarı Mark Elliottun "Azərbaycandan Gürcüstana ekskursiyalar" kitabçasında qeyd olunmuşdur. Dağların rənglərini yerdəki dəmir birləşmələrinin oksidləşmə vəziyyətini dəyişdirmiş qrunt sularının nəticəsində almışdır.Şəkər əsası dağlarının tərkibində Təbaşir dövründən qalma belemnitlər mövcuddur.
Azərbaycan Şəkər İstehsalat Birliyi
Azərbaycan Şəkər İstehsalat Birliyi — Azərbaycanda şəkər tozu, kəllə qənd və qənd məhsulları istehsalı ilə məşğul olan müəssisə. == Tarixi == İmişli Şəkər Zavodu 2006-cı ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib. Azərbaycanın ilk şəkər fabrikinin inşaat işləri Azərbaycan Şəkər İstehsalat Birliyi tərəfindən 2003-cü ildə, İmişli rayonunda 70 hektarlıq ərazidə başladılıb və 27 ay davam edib. Müəssisənin əsas istehsalat sahəsi isə 17.9 hektar təşkil edir. == Fəaliyyəti == 2008-ci ildən müəssisənin məhsuldarlığının artırılması üçün istehsalat avadanlıqlarının yenidənqurma işlərinə başlanılıb və 2010-cu ildən etibarən xam şəkər emalı üzrə gündəlik 1800 ton maksimal məhsuldarlığa nail olunub. Kəllə qənd məhsullarının istehsalının təşkili məqsədilə 2012-ci ildə Kəllə Qənd Fabriki istismara verilib. 2014-cü ildə isə "Azərsun Holdinq"in nəzdində fəaliyyət göstərən qənd istehsalı sexi İmişliyə köçürülüb. Şəkər çuğunduru emal gücünün artırılması məqsədilə aparılan rekonstruksiya işlərinin başlaması nəticəsində müəssisənin şəkər çuğunduru üzrə gündəlik emal gücü 10000 tona çatdırılıb. == Azərşəkər == 2006-cı ildə yaradılmış Azərbaycan Şəkər İstehsalat Birliyinin fəaliyyəti ilə yaranan Azərşəkər markamız ölkədə hamının sevə sevə istehlak etdiyi şəkər tozu məhsullarımızı öz alıcılarına tanıtdırdı. 2011-ci ildən etibarən isə İmişli Kəllə Qənd Zavodunda istehsal olunan "Azərşəkər" qənd məhsulları daxili tələbatı ödəməklə yanaşı, həm də Rusiya, Gürcüstan, Yaxın Şərq və Orta Asiya ölkələrinə də ixrac olunmağa başladı.
домоде́льщина засека косола́пый мучно́е отзы́вный отправно́й потрепыха́ться трясогу́зка бродя́жить залюбова́ться иллюзо́рно пакова́ть поджига́ние разве́ситься сосредото́чение юрфа́к abduct Bavaria director-plane heterosis interrogatory leash space bar staggers тленность